!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Yaponiya Moldovaya 27 milyon dollarlıq yardım ayıracaq

!Reklam – Yazi

Yaponiya hökuməti Moldovaya enerji və qida sektorunda problemlərin həlli üçün yardım kimi 27 milyon dollar ayıracaq.

Yenicag.az xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kisida Tokioda Moldova Prezidenti Maya Sandu ilə görüşündə deyib.

“Biz enerji çatışmazlığından və digər problemlərdən narahat olan Moldovaya səhiyyə, qida, enerji sahəsində problemlərin həlli üçün 27 milyon dollar məbləğində əlavə yardım ayırmaq niyyətindəyik”, – deyə Kisida bildirib.

Onun sözlərinə görə, Yaponiya Moldovaya yapon biznesinin investisiyaları hesabına maliyyə dəstəyinin davam etdirilməsi imkanlarını da nəzərdən keçirir.

Daha əvvəl ABŞ Dövlət katibi Entoni Blinken də bildirmişdi ki, ABŞ Ukrayna və Moldovada enerji sektoruna dəstək üçün Konqresdən 1,1 milyard dollar istəyib. Onun sözlərinə görə, müvafiq sorğu artıq Konqresə təqdim olunub.

Xatırladaq ki, Moldova Prezidenti Maya Sandu daha əvvəl müsahibələrinin birində Avropa İttifaqına üzv olmanın ölkənin gələcəyi üçün yeganə yol olduğunu demişdi. Onun sözlərinə görə, bu, təhlükəsizliyi artıracaq və iqtisadi inkişaf üçün daha çox imkanlar yaradacaq./Trend/

www.yenicag.az

147
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv