!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaponiyada Yoşihideni onlar əvəzləyə bilər - SİYAHI / FOTO

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Yaponiyanın Baş naziri Suqa Yoşihidenin istefa verməsi gözlənilir. Yoşihide Liberal Demokratik Partiyanın (LDP) sədrliyinə də namizədliyini irəli sürməyəcək.

Yenicag.az xəbər verir ki, Baş nazirin yerinə LDP sədrliyinə ən real namizədlərin adları açıqlanıb.

Namizədlərdən ilki ölkənin keçmiş xarici işlər naziri Fumio Kişidadır. Qeyd edilir ki, Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe Kişidanı özünün varisi hesab edirdi.

İkinci sırada keçmiş daxili işlər və telekommunikasiya naziri Sanae Takaiçinin adı hallandırılır. “Əgər LDP yeni üz axtarırsa, bu, 60 yaşlı Takaiçi ola bilər”, – deyə partiyadaxili mənbələr qeyd edir.

LDP sədrliyinə namizəd göstərilən siyasətçilərdən biri də 64 yaşlı sabiq müdafiə naziri Şiqeru İşibadır. Lakin İşibanın populist çıxışları digər namizədlərin yanında onun şansını azaldır.

58 yaşlı keçmiş XİN rəhbəri Taro Kono da real namizədlərdən biridir. Kono ölkədə və xaricdə ünsiyyət qurulması asan və xarizmatik siyasətçi kimi tanınır.

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv