Yaşa görə pensiya alanların SAYI

media-hightechnic-468x90

2021-ci ilin avqust ayında yaşa görə pensiya alanların ümumi sayı 710 min nəfərdən çox olub.

Bu barədə Yenicag.az-a Dövlət sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata görə, onların 39,6%-ni kişilər, 60,4%-ni isə qadınlar təşkil edib.

2021-ci ilin avqust ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı isə 124,7 min nəfərdən çox olub.

Qeyd edək ki, 2021-ci il iyulun 1-i vəziyyətinə görə, Dövlət Sosial Müdafiə Fondunda ümumilikdə 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa