"Yaxşı hazırlaşmışıq" - Andrade

media-hightechnic-468x90

Sabah bizi ciddi oyun gözləyir. Matça yaxşı hazırlaşmışıq. Bu gözəl arenada azarkeşlərimizi sevindirməyə çalışacağıq.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcəkləri II tur oyunundan öncə mətbuat konfransında deyib.

Kabo-verdeli yarımmüdafiəçi “Kopenhagen”in əla komanda olduğunu bildirib: “Çempionlar Liqasında iştirak edən bütün komandalar güclüdür. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

L.Andrade sabahkı matçda qol vurub-vurmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: “Əsas olan komandanın meydanda sonadək mübarizə aparmasıdır. Düşünürəm ki, çox maraqlı oyun olacaq”.

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” oyunu saat 20:45-də başlayacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05