!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxşı ki Heydər Əliyev Fondu müalicəni öz üzərinə götürdü - Oqtay Gülalıyevin həyat yoldaşı - VİDEO/TÜRKİYƏ

!Reklam – Yazi

Hüquq müdafiəçisi Oqtay Gülalıyev üçün Heydər Əliyev Fondu tərəfindən ayrılmış ambulans təyyarə müvəffəqiyyətlə Türkiyəyə çatıb.

Həkimlər və tibb personalı səfər boyunca onu müşayiət edib və vəziyyəti nəzarət altında saxlanılıb.

Yenicag.az xəbır verir ki, İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer O.Gülalıyevin vəziyyəti ilə bağlı Baku TV-yə açıqlama verib:

“Mən ora getdim, xəstəni gördüm, bəzi təkliflər verdim. Sonra xəstə yaxınlarının buraya gəlməyə üstünlük verməsi nəticəsində Heydər Əliyev Fondunun dəstəyilə lazımi şərait yaradıldı. Xüsusi təyyarə ilə kritik şərtlər altında İstanbula gəldik”.

Hüquq müdafiəçisi O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva hüquq müdafiəçisinin müalicəsinin Türkiyədə davam etdirilməsinin təmin olunmasına görə Heydər Əliyev Fonduna təşəkkür edib:

“Xəstə artıq əməliyyat olunub. Yaxşı ki Heydər Əliyev Fondu bunu öz üzərinə götürdü və biz onu Türkiyəyə gətirdik”.

İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer O.Gülalıyevin vəziyyəti ilə bağlı Baku TV-yə son məlumatları da çatdırıb:

“Müalicə deyil, baxım mərhələsindəyik. Müalicə onun əməliyyat olması idi. Əməliyyatdan sonra onun beyninin zərər görmüş hissəsini sağaltmağa çalışacağıq. Bir az vaxta ehtiyacımız var”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun əməkdaşları Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı məsələləri nəzarətə götürüb və onun müalicəsi üçün lazımı dəstəyin göstəriləcəyi bildirilib.

Heydər Əliyev Fondundan verilən məlumata görə, Oqtay Gülalıyevin Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb. Bu gün o, türkiyəli mütəxəssislərin iştirakı ilə İstanbula aparılıb və orada əməliyyat olunub.

Videonu buradan izləyə bilərsiniz

www.yenicag.az

801
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv