!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni “dərs vaxtı”ının effekti kimdən asılıdır? - Təhsil ekspertindən İZAHAT

!Reklam – Yazi

“Tətbiq olunan dərs cədvəlləri, ümumiyyətlə, yeni “dərs vaxtı”nın nə dərəcədə keyfiyyətli olması və effekt verməsində məsuliyyət daha çox müəllim və valideynlərin üzərinə düşür”.

Bunu Yenicag.az-a açıqlamasında təhsil eksperti Məlahət Mürşüdlü Təhsil Nazirliyinin ümumi təhsil pilləsi üzrə təsdiq etdiyi tədris planlarını dəyərləndirərkən deyib.

Ekspert tətbiq olunan dərs cədvəllərinin nə dərəcədə keyfiyyətli olması və effekt verməsində məsuliyyətin daha çox müəllim və valideynlərinin üzərinə düşəcəyini bildirib:

“Təkliflərimiz var idi ki, ən azı dərslər üç-dörd saat olmaqla həftədə dörd dəfə keçirilsin. Dərs cədvəlləri buna uyğun tətbiq olunsun. Lakin belə qərar verildi və təbii ki, qərara da riyayət olunmalıdır. Həm də pandemiya ilə əlaqədar şərait dərslərin müəyyən tələblərə uyğun oalraq keçirilməsini tələb edir.
Tətbiq olunan dərs cədvəllərinin nə dərəcədə keyfiyyətli olması, effekt verməsində məsuliyyət daha çox müəllim və valideynlərin üzərinə düşür. Burada müəlilmin peşəkarlıq səviyyəsi çox önəmlidir. Müəllilm öz fənni üzrə həftəlik və aylıq dərs proqramını nə dərəcədə bilir, onu necə tətbiq edəcək, müəyyən zaman çərçivəsində bunu şagirdlərə necə aşılayacaq?. Bütün bunlar onun nə qədər peşəkar olmasından asılıdır. Sözsüz ki, valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Evdə övladlarının dərsləri ilə səmərəli məşğul olması üçün valideyn onlara kömək etməli, istiqamət verməli, nəzarət etməlidirlər. Bu mənada, müəllimlərə bir növ köməkçi olmalıdırlar ki, qarşılıqlı şəkildə keyfiyyətə nail ola bilsinlər”.

Cəvahir

www.yenicag.az

2569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv