Yeni insan növü aşkar edildi - FOTOLAR

media-hightechnic-468x90

İsraildə aparılan arxeoloji qazıntılar nəticəsndə yeni insan növü aşkar edilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Science” jurnalında məqalə dərc edilib.

Qeyd edilib ki, İsrailin Ramla şəhəri yaxınlığında aparılan araşdırmalar nəticəsində 100 min il bundan öncə yaşamış və əvvəllər rast gəlinməmiş qədim insan növü aşkarlanıb.

Araşdırmaçılar tapılan kəllə və çənə sümüyünün Neandertallardan və Asiyadakı digər insan növlərindən daha qədimdə yaşadığı qənaətinə gəliblər. Elm insanları kəşflərinə “Nesher Ramla Homo Type” adını veriblər.

Tel-əviv Univeristeti əməkdaşı Hila Mey tapılan qalıntıların aid olduğu insan növünün son fərdi olduğunu bildirib. Mey, həmçinin bu qrupun ilk nümayəndələrinin 400 min il əvvəl yaşadığını da qeyd edib.

Kəşf elm insanları arasında həyəcanla qarşılanıb. Bu istiqamətdə araşdırmaların aparıldığı qeyd edilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05