Yeni nazir kimdir? - DOSYE

media-hightechnic-468x90
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Yenicag.az xəbər verir ki, R.İsmayılov bundan əvvəl ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Rəşad İsmayılov 27  avqust 1979-cu il təvəllüdlüdür.  Bakı Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisası  üzrə bakalavr  və magistr pillələrini bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə “Zəhmət” kiçik müəssisəsində hüquqşünas kimi başlayıb. 2005-2006-cı illərdə “Star LTD” MMC-də hüquqşünas, 2006-cı ildə Azərbaycan Respublikası Auditorlar Palatası Gəncə şəhər Auditor təşkilatında hüquqşünas-mütəxəssis, 2006-2009-cu illərdə  Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi, 2009-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində böyük hüquq məsləhətçisi, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Mənzil Kommunal  və təmir xidmətində hüquqşünas, 2012-2013-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Hüquq və təşkilati təminat şöbəsinin Hüquq ekspertiza sektorunun baş məsləhətçisi, 2013-2016-cı illərdə Hüquq və təşkilati təminat Hüquqi ekspertiza sektorunun müdiri, 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaat Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini, şöbə müdiri, 2018-2019-cu illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 15 avqust  2024-cü il tarixli 251 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05