Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Yerli məhkəmələrə yeni səlahiyyət verildi

Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması ilə əlaqədar inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxacaq.

Yenicag.az-ın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması, yəni daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə “Daşınar əmlakın yüklülüyü haqqında” qanunda nəzərdə tutulmuş məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər min manat məbləğində cərimə edilir. “Daşınar əmlakın yüklülüyü haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Layihə bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilib.

www.yenicag.az

788
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM