Yermak: "Daha 16 uşaq Ukraynanın nəzarətində olan əraziyə qaytarılıb"
Daha 16 uşaq Ukrayna hökumətinin nəzarətində olan əraziyə qaytarılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbəri Andriy Yermak teleqram kanalında bildirib.
“Ukrayna Prezidentinin “Bring Kids Back UA” təşəbbüsü çərçivəsində biz müvəqqəti işğal olunmuş ərazilərdən 16 uşağı xilas etməyə nail olduq. Onlar illərlə işğalçı hakimiyyətin təzyiqi, qorxu və rüsvayçılıq içində keçiriblər, lakin bu gün artıq azad Ukrayna torpaqlarında təhlükəsiz şəraitdə yaşayırlar”, – o yazıb.
Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Daria Zarivna daha əvvəl bildirib ki, iyulun 25-dək artıq 1 458 uşaq geri qaytarılıb, lakin 1,6 milyondan çox ukraynalı uşaq qarşı tərəfin nəzarətindədir.