Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Yoxa çıxan futbolçu Emiliano Salanın meyiti tapıldı - FOTOLAR

Reklam: Sinerji Pro

Xəbər verdiyimiz kimi ötən gün İngiltərə Premyer Liqasında çıxış edən “Kardif”in yeni transferi Emiliano Salanın yer aldığı təyyarə yoxa çıxıb.

Yenicag.az xəbər verir ki, təyyarə dünən tapılıb və təyyarədən çıxarılan meyidin tibbi ekspertizası başa çatıb. Meyidin Emiliano Sala’ya aid olduğu bildirilib. Pilotun meyidinə isə rast gəlinməyib.

Tibbi ekspertizanın aparıldığı İngiltərənin Dorset bölgəsinin polis idarəsinin açıqlamasında qeyd olunub: “Gün ərzində Portland limanından gətirilən cəsədin tibbi ekspertizası aparıldı. Təsdiqlənən məlumat isə meyidin professional futbolçu Emiliano Salaya məxsus olduğudur. Bununla bağlı Salanın ailəsinə xəbər verildi. Bütün qəlbimizlə onların yanındayıq!”

www.yenicag.az

8947