Yunan-Roma güləşi üzrə millimiz III MDB Oyunlarını 6 medalla başa vurdu

media-hightechnic-468x90

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb.

Yenicag.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycanın 6 təmsilçisi fəxri kürsüyə yüksəlib.

Bunlardan Elşad Abbasov (51 kiloqram), Əli Nəzərov (60 kiloqram) və İslam Sultanov (71 kiloqram) qızıl, Yusif Mirzəyev (48 kiloqram) və Nicat Yeylaqaliyev (80 kiloqram) gümüş, Hikmət Haqverdiyev (55 kiloqram) isə bürünc mükafata sahib çıxıb.

Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması Oyunları 6 medalla başa vurub.

Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa