“Yunayted” İtaliya millisinin futbolçusunu transfer etmək istəyir

media-hightechnic-468x90

İngiltərənin “Mançester Yunayted” komandası hücum xəttini gücləndirmək üçün İtaliya millisinin və Səudiyyə Ərəbistanının “Al-Qadisiya” klubunun futbolçusu Mateo Reteqini transfer etmək istəyir.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı şeytanlar” növbəti transfer pəncərəsində 26 yaşlı forvard üçün qarşı tərəfə rəsmi təklif göndərməyi planlaşdırır. Klub Reteqinin keçidi üçün təxminən 60 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Reteqi ötən yay İtaliya təmsilçisi “Atalanta”dan “Al-Qadisiya”ya keçib və onun hazırkı komandası ilə müqaviləsi 2028-ci ilin iyununa kimidir. Hücumçu bu mövsüm Səudiyyə Pro Liqasında 4 oyunda 3 qolla yadda qalıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa