“Yuventus”a yeni baş məşqçi təyin edildi

media-hightechnic-468x90

İtaliyanın “Yuevntus” komandasının yeni baş məşqçisi məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, bu vəzifəyə təcrübəli mütəxəssis Luçano Spaletti gətirilib.

İddiaya görə, Turin klubunun rəhbərliyi italiyalı çalışdırıcı ilə bu mövsümün sonuna qədər müqavilə imzalayacaq. “Qoca sinyora” sezonu ilk “dördlük”də başa vuracağı təqdirdə, Spaletti ilə yeni sözləşmə bağlanacaq.

Qeyd edək ki, “Yuventus”u son olaraq İqor Tüdor çalışdırıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa