“Yuventus” keçmiş baş məşqçisini qaytarmaq istəyir
İtaliyanın “Yuventus” klubu İtaliya millisinin sabiq baş məşqçisi Luçano Spaletti ilə danışıqlar aparır.
Yenicag.az xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi İqor Tüdorun istefaya göndərilməsindən sonra 66 yaşlı mütəxəssisi komandanın sükanı arxasına əsas namizəd kimi nəzərdən keçirir.
Təcrübəli baş məşqçinin özü də “qoca sinyora”nı çalışdırmağa hazırdır və artıq təklifə müsbət cavab verib.
Qeyd edək ki, Luçano Spalettinin son iş yeri İtaliya milli komandası olub. Mütəxəssis bu ilin iyun ayında yığmadakı vəzifəsindən ayrılıb.












