Zabil Qəhrəmanov bu maddə üzrə ittiham olunur
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan vəkilə ittiham elan olunub.
Yenicag.az-ın məlumatına görə, saxlanılan tanınmış vəkil Zabil Qəhrəmanova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi üzrə ittiham olunur.
Zabil Qəhrəmanovla bağlı təqdimatın bu gün Gəncə şəhər məhkəməsində baxılacağı nəzərdə tutulub.












