Zaxarova Azərbaycana təşəkkür etdi

media-hightechnic-468x90

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycana təşəkkür edib.

media-banner_tuq

Yenicag.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü bu gün Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirdiyi brifinqdə bildirib.

Zaxarova İsrail-İran münaqişəsinin ilk günlərində İranda olan Rusiya vətəndaşlarının təxliyəsini təşkil etdiyinə görə Azərbaycana təşəkkür edib: “Azərbaycanlı tərəfdaşlarımıza xüsusilə eskalasiyanın ilk günlərində göstərdiyi köməyə görə səmimi təşəkkür edirəm. Bakı ilə logistik xarakterli bütün təşkilati məsələləri operativ şəkildə həll edirik. Bu günə kimi İran-Azərbaycan sərhədindəki Astara nəzarət buraxılış məntəqəsindən 500-dən çox Rusiya vətəndaşı keçib. Onlar Azərbaycan torpağındakı qonaqpərvərliyi, dəstəyi xüsusi qeyd edirlər”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05