!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenski: "Donbası və Krımı azad edəcəyik"

!Reklam – Yazi

“Donbas Ukraynadır, Krım Ukraynadır”.

Yenicag.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın milli bayramı – Müstəqillik Günü ilə bağlı xalqa müraciətində deyib.

O, müharibənin Ukraynanın qələbəsi ilə bitəcəyini xatırladaraq deyib: “Biz hansı yolla olursa – olsun, Donbas və Krımı azad edəcəyik. Bizim üçün heç bir güzəşt yoxdur. Bizim üçün ölkəmiz bütöv Ukraynadır”.

Zelenski çıxışında həmçinin Rusiyaya xəbərdarlıq edib. O bildirib ki, Rusiya əsgərlərinin ölməsini istəmirsə, qoşunlarını Ukrayna torpaqlarından çıxarmalıdır.

Xatırladaq ki, bu gün Ukraynanın milli bayramı – Müstəqillik Günüdür.

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv