Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Zəngəzur dəhlizinin açılması mənzillərin qiymətini ucuzlaşdıracaq" - ŞƏRH

“Sənədi olan mənzillərin nəğd satışında artım müşahidə olunmur”.

Bunu Zəngəzur dəhlizinin açılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, əmlak sahəsinə mümkün təsirlərini də dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin fikrincə, hazırda əmlak bazarında vəziyyət eyni qalsa da, gələcəkdə qiymətlərin ucuzlaşması və sənədi olan mənzillərə tələbatın artması gözləniləndir:

“Bu gün paytaxt Bakıda əmlak bazarındakı vəziyyət əvvəlki kimi olmasa da, stabillik davam edir. Ən çox satılan mənzillər çıxarışı olmayan həyət evləridir. Çünki çıxarışın olmaması satış qiymətini aşağı salır. Bununla yanaşı, güzəştli və ipoteka kreditləri ilə satılan evlərə tələbat yüksəkdir. Sənədi olan mənzillərin nəğd satışında isə artım müşahidə olunmur. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi də gələcəkdə əmlak bazarındakı qiymətlərə təsirsiz ötüşməyəcək.

Maraqlı məqam odur ki, Zəngəzur dəhlizinin açılması fonunda Naxçıvanla Bakı arasında birbaşa gediş-gəliş təmin olunandan sonra vəziyyət daha da yaxşılaşacaq. Çünki hazırda Naxçıvana yol ancaq İran və hava yolu üzərindəndir. Dəhlizin açılması Bakıda yaşayan Naxçıvan sakinləri üçün əlverişli şərait yaradacaq. Belə ki, gediş-gəlişin asanlaşması fonunda Naxçıvanda yatırımlar da edə biləcəklər. Zəngəzur dəhlizi açılandan sonra həmin sakinlərin əksəriyyəti öz həyatını Naxçıvanda quracaqlar və bu, iqtisadi vəziyyətə də müsbət təsir edəcək. Həmçinin Bakıda yaşayan məcburi köçkünlərin öz yurd-yuvalarına köç etməsi mənzillərin qiyməti və kirayə bazarında stabillik yaradacaq. Bu stabillik qiymətlərin ucuzlaşması ilə yanaşı, şəhərdəki sıxlığın aradan qalxmasına yol açacaq”.

Gülşən Şərif

www.yenicag.az

182
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100