!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zərərçəkənlər “Crocus”un sahiblərinə qarşı cinayət işinin başlanması üçün müraciət ediblər

!Reklam – Yazi

Moskva vilayətində “Crocus City Hall”da törədilən terror aktında zərərçəkənlər konsert zalının sahiblərinə qarşı cinayət işinin başlanması üçün Rusiya İstintaq Komitəsinə (İK) ərizə ilə müraciət ediblər.

Bu barədə rusiyalı vəkil İqor Trunov məlumat verib.

Onun sözlərinə görə, zərərçəkənlər xidmət zamanı təhlükəsizliyə fikir verməyən iş adamlarının məsuliyyətə cəlb olunmasını istəyirlər.

Ərizə aprelin 2-də İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə təqdim edilib. Onu “Piknik” qrupunun konsertini çəkməli olan çəkiliş qrupunun rəhbəri İvan Pomorin daxil olmaqla 11 zərərçəkmiş və terror aktında həlak olanların yaxınları imzalayıb.

“Crocus City Hall” konsert zalının sahibinin oğlu Emin Ağalarov bundan əvvəl bildirmişdi ki, terror vaxtı evakuasiya çıxışları obyektdə normal işləyib. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər.

Xatırladaq ki, martın 22-də Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Hadisə nəticəsində 550-dən çox insan yaralanıb, 144 nəfər həlak olub. Terrorçular həbs olunublar. İstintaq davam edir.

Mənbə: RIA Novosti

www.yenicag.az

147
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv