Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Zidanla bağlı şok iddia

Reklam: Sinerji Pro

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan İngiltərənin “Mançester Yunayted” klubunu çalışdıra bilər.

Yenicag.az xəbər verir ki, bu iddia ilə Britaniya mətbuatı çıxış edib.

İddiaya görə, “qırmızı-şeytanlar” yoxlama matçlarında uğursuz nəticələrə imza atıb. Bu səbəbdən rəhbərlik yeni mövsüm öncəsi Joze Mourinyo ilə yolları ayırmaq barədə düşünür.

Portuqaliyalı mütəxəssislə 2 illik sözləşmə qüvvədə olsa da, “MY” çalışdırıcıya kompensasiya ödəməyə hazırdır.

Qeyd edək ki, misirli milyarder Naqib Saviris bir müddət əvvəl Zidanın Qətər millisi ilə anlaşdığını bildirmişdi. Onun iddiasına görə, təcrübəli mütəxəssis hər ili üçün Qətər Futbol Federasiyasından 50 milyon avro maaş alacaq. Britaniya mətbuatı da iddia edir ki, “Mançester Yunayted” rəhbərliyi Zidanın həm millidə, həm də klubda çalışmasına razıdır.

Xatırladaq ki, Joze Mourinyo hər ilinə 26 milyon avro maaş alır.

www.yenicag.az

1053
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS