Zuckerbergin sərvəti azaldı
Dünyanın ən böyük ictimai şəbəkəsi “Facebook” Oculus VR-i aldıqdan sonra birjada böyük eniş nümayiş etdirib.
“Facebook”un həftəlik itkisi 11 faizə çatıb. Beləliklə ictimai şəbəkənin hissələri Zuckerbergin sərvətindən 3.1 milyard dolları buxarlaşdıraraq 27 milyard dollara düşürüb.
FED-in istiqraz alışını azaltması, Rusiyanın Krımı istila etməsi “Facebook” hissələrinin düşməsində əhəmiyyətli səbəblər olaraq göstərilir.
Ötən həftə ABŞ-da texnologiya hissələrinin icra olunduğu “Nasdaq” 2.2 faiz eniş yaşayıb. S&P 500 indeksi də 0.5 faiz itki ilə üzləşib. Sərvəti əhəmiyyətli ölçüdə əriyənlər yalnız Mark Zuckerberg deyil.
“Google”nin qurucularının Sergey Brin və Larry Pagenin itkinləri 3 milyard dollar olub. “Amazon”un qurucusu Jeff Bezosun isə sərvəti 1. 9 milyard dollar əazalıb(publika.az).