!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD-lə “gizlənqaç” oyunu: Yaxın Şərqdə nə baş verir?

!Reklam – Yazi

isismapQərbin və Rusiyanın bütün cəhdlərinə baxmayaraq, İraq-Şam İslam Dövlətinı (İŞİD) sıradan çıxarmaq hələ də mümkün olmur.

Yeniçağ.Az xəbər verir ki, İraqın Mosul şəhərinin İŞİD işğalından azad edilməsi əməliyyatının başlamasından artıq az qala iki ay keçsə də, bu istiqamətdə ciddi uğur qazanılmayıb. İŞİD-in İraq ərazisindən indiyə kimi vurulub çıxarılmaması bir yana, terrorçu şəbəkə Suriyada itirdiyi mövqelərini də bərpa etməyə başlayıb. Son məlumatlara görə, İŞİD bölmələri artıq Suriyanın bir müddət əvvəl Rusiya hərbçilərinin dəstəyi ilə azad edilmiş qədim Palmira şəhərini yenidən ələ keçiriblər. ABŞ-ın başçılığı altında İŞİD-ə qarşı hərbi koalisiyanın yaradılması, eyni zamanda, Rusiyanın da bu şəbəkəyə qarşı döyüşməsi faktını nəzərə aldıqda, İŞİD-in məhv edilməsinin an məsələsi olduğu təsəvvürü yaranır. Lakin geniştərkibli beynəlxalq koalisiya İŞİD qarşısında hələ ki aciz vəziyyətdə qalıb. Əslində, burada “aciz” kəlməsi o qədər də yerinə düşmür. Çünki İŞİD-in indiyə qədər ayaqda qalmasının əsas səbəbi beynəlxalq güclərin regiondakı maraqlarını uzlaşdıra bilməmələridir.

Mövzunu Yeniçağ.Az-a dəyərləndirən politoloq Vüqar Zifəroğlu da hesab edir ki, İŞİD-in nəzarətində olan ərazilərin kimin nəzarətinə keçməsi məsələsində ortaq mövqenin olmaması terrorçu şəbəkənin əl-qol açmasına şərait yaradıb:

“Xatırlayırsınızsa, Mosul əməliyyatı yeni başladığı və sürətlə irəlilədiyi zaman müsahibəmdə bildirmişdim ki, bu şəhərin İŞİD-dən qısa müddətdə azad edilməsi mümkün olmayacaq. Mosul kifayət qədər ciddi hədəfdir və Türkiyənin iştirakı olmadan belə bir əməliyyatın keçirilməsi faktı, əslində nəticə barədə indidən konkret fikir söyləməyə imkan vermir. Mosul İraqın ikinci ən böyük şəhəri olduğundan, onun hansı qüvvənin nəzarətinə keçməsinin özü də ciddi məqamdır. Vüqar Zifəroğlu ile ilgili görsel sonucuQərb, siyasi-hərbi nöqteyi-nəzərdən İranın tam təsiri altında olan İraq hökümətinin şimalda möhkəmlənməsində maraqlı deyil. Qarşı tərəf də Qərbin bölgədə əlavə imkanlar əldə etməsini istəmir. Burada Türkiyə faktoru da olduqca ciddi rol oynayır. Qardaş ölkənin əvvəldən bu əməliyyatdan kənarda saxlanılmasında yalnız ABŞ və ya Qərb deyil, İran da maraqlı idi. Tehran da hazırda nəzarət altında saxladığı və istədiyi zaman həmin ərazidə aktiv şəkildə fəaliyyət göstərən şiə hərbi-siyasi hərəkatları vasitəsilə təzyiq etdiyi rəsmi Bağdadın, Türkiyə ilə müştərək əməliyyatlara başlamasını, ümumiyyətlə, bölgədə Türk varlığının güclənməsini istəmir. Yəni maraqları toqquşan dövlətlər üçün İŞİD-i zərərsizləşdirmək problemdirsə, İŞİD-dən sonra şəhərin hansı qüvvənin nəzarətinə verilməsini razılaşdırmaq ondan da böyük problemdir. Eyni fikirləri Suriyanın şimalındakı Hələb şəhəri haqqında da söyləmək mümkündür. Bu durum isə əlbəttə ki, İŞİD-in işinə yarayır”.

Yeniçağ.Az

COP29

www.yenicag.az

975
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv