Xizək alpinistlərimiz Dünya Kubokunda çıxış etdilər

media-hightechnic-468x90

Xizək alpinizmi üzrə Azərbaycan millisinin üzvləri İsveçrənin Villars-Sur-Ollon qəsəbəsində keçirilən Dünya Kubokunda iştirak ediblər.

Qış İdman Növləri Federasiyasından Yenicag.az-a verilən məlumata görə, Nəzrin Qəribova 21 ölkədən olan 62 idmançı arasında yarışın sprint növü üzrə 33-cü, Seyid Sədrəddinov isə 75 idmançı arasında 67-ci yerə sahib olublar. Yarışın “mixed relay” növündə isə idmançılarımız 42 cütlük arasında 37-ci yerdə qərarlaşıblar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa