İstanbuldakı hava limanında problem yarandı

media-hightechnic-468x90

Bu gün səhər saatlarından etibarən qatı duman İstanbulda hava nəqliyyatında bir sıra problemlər yaradıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, şəhərdə görmə məsafəsinin azalması səbəbindən İstanbulun Sabiha Gökçən beynəlxalq hava limanına gələn bəzi təyyarələr eniş edə bilməyib. Bu təyyarələrdən 29-u göyərtəsində yaranan yanacaq probleminə görə İstanbul və Ankaranın Esenboğa hava limanlarına yönləndiriliblər.

Hava limanından planlaşdırılan uçuşlarda da gecikmələr olub.

Hazırda Sabiha Gökçən aeroportundakı uçuş cədvəlinin planlaşdırıldığı şəkildə hərəkət etdiyi bildirilsə də, bu hava limanından səyahət edəcək sərnişinlərin uçuşdan əvvəl reyslərini yoxlamaları ilə bağlı xəbərdarlıq edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05