MM Sədri Daşkənddə Pİ Assambleyasının açılış mərasimində iştirak etdi

media-hightechnic-468x90

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova mərasimdə iştirak edib.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildirilib ki, tədbirdə çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, təşkilatın Baş katibi Martin Çunkonq mərasim iştirakçılarını salamlayaraq, Assambleya çərçivəsində müzakirə olunacaq mövzuların aktuallığı ilə bağlı fikirlərini səsləndiriblər.

Qeyd edək ki, spiker Sahibə Qafarovanın Assambleyada çıxışı nəzərdə tutulub. Azərbaycan parlamentinin sədri həmçinin tədbir çərçivəsində bir sıra ölkələrin qanunverici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600