1 milyonluq fırıldaq-Bakıda

img1825023Bakı sakininə qarşı küllü miqdarda dələduzluq edilib.

Yenicag.az xəbər verir ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Yalçın Sabir oğlu Abdullayev ərizə ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2015-ci ilin yanvar ayında Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayev onun etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq qaytarmayıb.

Hazırda ərizə üzrə araşdırma aparılır.