Ər və arvad meyitlərin məhrəm fotolarını çəkib, qızıl dişlərini sökdülər: Qəbiristanlıqda eşidilməmiş VƏHŞİLİK

media-hightechnic-468x90

Almaniyada qəbiristanlıq işçisi və həyat yoldaşının törətdiyi cinayətlər dünya mediasının gündəmini sarsıdıb. Cütlük illərlə meyitlərin ağzından qızıl dişləri sökərək və zinət əşyalarını oğurlayaraq milyonlarla manat qazanc əldə edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Frayburq şəhərində qəbiristanlıq idarəsinin əməkdaşı və arvadı 2013-2024-cü illər ərzində dəhşətli əməllərlə məşğul olublar.

 Frayburq Prokurorluğunun yaydığı məlumata görə, işçi yandırılmaq (kremasiya) üçün növbə gözləyən meyitlərin ağzındakı qızıl dolğuları, diş körpülərini və protezləri söküb. O, həmçinin ölənlərin yaxınları tərəfindən tabuta qoyulan qiymətli zinət əşyalarını, saatları və digər var-dövləti də mənimsəyib.

Cinayət bununla da bitməyib. İstintaq zamanı məlum olub ki, həmin şəxs cəsədlərin fotolarını çəkib, onların məhrəm bölgələrini görüntüləyərək şəxsi hüquqları ağır şəkildə pozub.

Cinayətdə işçinin həyat yoldaşı da aktiv iştirak edib. Qadın əri meyitlərin dişini sökərkən ətrafda gözətçilik edib ki, onları kimsə görməsin.

Cütlük 11 il ərzində meyitlərdən təxminən 8 kiloqram qızıl diş və 360 qramdan çox qızıl zinət əşyası oğurlayıb. Onlar bu qızılları bir zərgərə sataraq təxminən 250 min avro (təxminən 460 min manat) pul qazanıblar.

Hazırda cütlük “ölülərin hüzurunu pozma, oğurluq və çirkli pulların yuyulması” maddələri ilə mühakimə olunur.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05