!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

10 yaşlı oğlanın ölümü ilə bağlı AÇIQLAMA

!Reklam – Yazi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama yayıb.

TƏBİB-dən Yenicag.az-a bildirilib ki, yanvarın 11-i saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən Rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib:

“Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Yanvarın 12-si saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib”.

Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparır.

www.yenicag.az

877
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv