14 yaşlı oğlunu qətlə yetirdi-Video
Hadisə Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. Eldəniz Məmmədov dünən dostları ilə yeyib-içdikdən sonra axşam saatlarında evə gəlib. Evdə də içki qəbul etməyə davam edib. Həddən artıq sərxoş olaraq yatıb və bir neçə saatdan sonra uşaqların oynamaq səsinə oyanıb. Əsəbi halda bıcağı əlinə alan ata həyətdə iplə oynayan oğlunun üstünə gedib…
14 yaşı İbrahim Məmmədov atasının əlindən qaçmağa çalışsa da, atası buna imkan verməyib və bıçaqlayaraq qətlə yetirib…
Övlad qatili olmaqla kifayətlənməyən ata törətdiyi əməli ört-basdır etməyə də cəhd göstərib. O, həyat yoldaşı Simuzər Vahidovanı istintaqa belə bir ifadə verməyə məcbur edib ki, guya uşaq evin üstündən ipləri kəsərkən yıxılıb və əlindəki bıcağın ona batması nəticəsində ölüb.
Ancaq hüquq-mühafizə orqanlarının çevik istintaq-əməliyyat tədbirləri nəticəsində 14 yaşlı İbrahim Məmmədovun öz doğma atası tərəfindən bıçaqlanaraq amansızlıqla qətlə yetirdiyi məlum olub…
Öncələr də fərariliyə görə məhkum olan Eldəniz Məmmədov indi isə həbsdə övlad qatili kimi yatacaq.