Prokuror Anar Məmmədliyə 14 il həbs cəzası istədi

media-hightechnic-468x90

Dövlət ittihamçısı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 14 il, onunla birgə ittiham olunan Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

media-banner_tkm

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

İclas tərəflərin çıxışları ilə davam edib. Dövlət ittihamçısı da öz növbəsində çıxış edib.

Məhkəmənin növbəti iclası avqustun 7-nə təyin olunub.

Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham olunurlar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05