16 saylı körpələr evi-uşaq bağçasında ərzaqlar mənimsənilir? - İDDİA
Abşeron rayonu, Qobu qəsəbəsi 16 saylı körpələr evi-uşaq bağçasına gələn ərzaqların mənimsənildiyi iddia olunub.
Yenicag.az xəbər verir ki, Oxu.Az-a daxil olan görüntülərdə ərzaqların şəxsi avtomobilin baqaj hissəsinə yerləşdirildiyi öz əksini tapıb.
Vətəndaş iddia edir ki, bağçaya 15 gündən bir ərzaq gətirilir və artıq qalan ərzaqlar şəxsi avtomobilə yüklənir:
“Qayda belədir ki, bağçaya məhsulu hansı maşın gətirirsə, artıq qalan ərzaqlar da həmin avtomobillə daşınmalıdır”.













