Məhəmməd Salah İranla matçda zədələnib
Misir yığmasının kapitanı Məhəmməd Salah 2026-cı il dünya çempionatının qrup mərhələsində İranla matçda (1:1) zədələnib. Hücumçu 57-ci dəqiqədə əvəzlənməyi xahiş edib.
Yenicag.Az xəbər verir ki, Misir yığmasının baş məşqçisi 34 yaşlı forvardın bud əzələsində problemin yarandığını təsdiq edib. Misir Futbol Assosiasiyası bildirib ki,futbolçu zədənin ağırlıq dərəcəsini müəyyən etmək üçün tibbi müayinəyə göndərilib. Bərpa müddətləri ilə bağlı təfərrüat hələlik açıqlanmır.
Qeyd edək ki, Misir yığması beş xal toplayaraq qrupda ikinci yeri tutaraq tarixində ilk dəfə pley-offa çıxıb.













