161 nömrəli məktəbin şagirdləri “Əlaçı” layihəsinin televiziya çəkilişində iştirak edib - FOTO/VİDEO

media-hightechnic-468x90

Bakı Kristal Zalında GMTV.az Prodüser Mərkəzinin təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilər arasında keçirilən “Əlaçı” layihəsinin 22-ci mövsümünün televiziya çəkilişləri həyata keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbin 8-ci “C” sinfi də kimya laboratoriya müdiri Xuraman Qənbərova, Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Ülviyyə Şükürovanın rəhbərliyi altında tamaşaçı qismində iştirak edib. Şagirdlər layihənin gedişini böyük maraqla izləyib, intellektual yarışın iştirakçılarına fəal şəkildə dəstək olublar.

Layihənin əsas məqsədi gənclər arasında intellektual hərəkatı inkişaf etdirmək, şagirdlərdə bilik və elmə marağı artırmaq, həmçinin sağlam rəqabət ruhunu formalaşdırmaqdan ibarətdir. “Əlaçı” layihəsi 2015-ci ildən etibarən məktəblilər arasında bilik, intellekt və yaradıcılıq yarışını təşviq edən, gənc nəsli elmi düşüncəyə və özünüinkişafa yönəldən tanınmış televiziya layihəsidir.

Çəkilişlər zamanı 161 nömrəli məktəbin şagirdləri intellektual suallara verilən cavabları diqqətlə dinləyib, müxtəlif mövzularda öz biliklərini sınayıb və yarışın ab-havasından böyük zövq alıblar. Onlar bildiriblər ki, bu kimi tədbirlər elmə marağın artırılmasında, yaradıcı və analitik düşüncənin formalaşmasında mühüm rol oynayır.

Məktəbin rəhbərliyi və müəllim kollektivi qeyd edib ki, “Əlaçı” kimi layihələr şagirdlərin elmi düşüncəsini inkişaf etdirməklə yanaşı, onların ünsiyyət bacarıqlarını, komanda ruhunu və özünəinamını da gücləndirir. Gənclərin bu cür tədbirlərdə iştirakı gələcəkdə onların daha fəal, savadlı və təşəbbüskar fərdlər kimi formalaşmasına şərait yaradır.
Sonda 161 nömrəli məktəbin müəllim və şagird kollektivi Elm və Təhsil Nazirliyinə və GMTV.az Prodüser Mərkəzinə gənclərin intellektual inkişafına dəstək məqsədilə həyata keçirilən bu faydalı layihəyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, “Əlaçı” layihəsinin 22-ci mövsümünün televiziya çəkilişləri Bakı Kristal Zalın Mətbuat Mərkəzində keçirilib. Tədbirdə paytaxt və region məktəblərindən olan çoxsaylı şagirdlər, müəllimlər və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Məsimə Məmmədova
Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa