Tramp ABŞ Milli Kəşfiyyatının müvəqqəti rəhbərinə istənilən məlumatı məxfilikdən çıxarmağa icazə verdi

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp Milli Kəşfiyyatın müvəqqəti direktoru Bill Pultiyə istənilən məlumatı məxfilikdən çıxarmaq səlahiyyəti verdiyini açıqlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, D.Tramp bu barədə açıqlamanı Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə verib.

O qeyd edib ki, Pulti bu vəzifədə qısa müddət çalışacaq: “Bill bu vəzifədə çox qısa müddət olacaq. Lakin orada olduğu müddətdə ona istədiyi hər şeyi məxfilikdən çıxara biləcəyini bildirdim”.

Trampın sözlərinə görə, Bill Pulti Milli Kəşfiyyata daha bir-iki ay rəhbərlik edəcək. Onun daimi əvəzləyicisi olması gözlənilən Cey Kleytonun namizədliyinə isə Senatın Kəşfiyyat üzrə Xüsusi Komitəsində iki həftədən sonra baxılacaq.

Qeyd edək ki, Bill Pulti iyunun 19-da Milli Kəşfiyyatın direktoru vəzifəsinin icrasına başlayıb. O, eyni zamanda Federal Mənzil Maliyyələşdirilməsi Agentliyinin rəhbəri və “Fannie Mae”/”Freddie Mac” ipoteka agentliklərinin direktoru vəzifələrini də icra edir. Tramp onun təyinatını iyunun 2-də elan etmişdi. Bu qərar Pultinin kəşfiyyat sahəsində təcrübəsinin olmaması səbəbindən prezidentin siyasi rəqibləri tərəfindən tənqid edilmişdi. Xatırladaq ki, əvvəllər bu vəzifəni Talsi Qabbard tuturdu.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05