!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“1915 Çanaqqala” körpüsünün açılış tarixi dəyişdi

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 26-da açılması planlaşdırılan “1915 Çanaqqala” körpüsünün Çanaqqala zəfərinin ildönümündə martın 18-də açılışına qərar verdiklərini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti özünün rəsmi “tvitter” hesabında açıqlama verib.

Açıqlamada deyilir: “Plandan bir il yarım əvvəl inşası tamamlanan və tezliklə xalqın xidmətinə vermək üçün fevralın 26-da açılışına hazırlandığımız “1915 Çanaqqala” körpüsü vətəndaşların xahişi ilə Çanaqqala zəfərinin ildönümündə – martın 18-də açılacaq”.

Qeyd edək ki, Türkiyənin Çanaqqala vilayətinin Lapseki və Gelibolu rayonları arasında inşa edilən “1915 Çanaqqala” körpüsü Çanaqqala boğazının ilk, Mərmərə bölgəsinin isə beşinci asma körpüsü olacaq.

www.yenicag.az

458
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv