“Qarabağ”ın rəqibi baş məşqçisiz qaldı
Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Ayntraxt” baş məşqçisi Dino Topmölleri istefaya göndərib.
Yenicag.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son 9 oyunda yalnız 1 qələbə qazanan Frankfurt təmsilçisi bunu baş məşqçisinə bağışlamayıb.
Xatırladaq ki, “Ayntraxt” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar yanvarın 21-də Bakıda qarşılaşacaq./Qafqazinfo/












