Əfqanıstandan Tacikistana keçən silahlılar zərərsizləşdirildilər

media-hightechnic-468x90

Əfqanıstanla sərhəddən Tacikistana qanunsuz daxil olan dörd silahlı terrorçu zərərsizləşdirilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) Sərhəd Qoşunlarının mətbuat mərkəzinin “Xovar” agentliyinin saytında dərc edilən bəyanatında deyilir.

Məlumata görə, terror təşkilatının dörd silahlı üzvü yanvarın 18-nə keçən gecə Əfqanıstanın Bədəxşan əyalətindən Tacikistanın Xatlon vilayətinin ərazisinə qanunsuz daxil olub. Məlumatda qeyd edilib ki, terrorçular sərhədçilərin təslim olmaq əmrlərinə tabe olmayıb və silahlı müqavimət göstəriblər.

“Döyüş əməliyyatları zamanı dörd terrorçu məhv edilib”, – bəyanatda qeyd edilir./Report/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05