2 yaşlı körpənin əli ət maşınında qaldı

media-hightechnic-468x90

ılBakıda 2 yaşlı oğlanın əli ət maşının içində qalıb.

Bu gün saat 14:03-də 112 Xidmətindən Nəsimi rayonu, Mircəlal küçəsi 38/35 ünvanında uşağın əlinin ət maşınında sıxılıb qalması və köməyə ehtiyacı olması barədə Xüsusi Riskli Xilasetmə Xidmətinə məlumat daxil olub. Dərhal mobil mütəxəssis-xilasedicilər və Yasamal rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə cəlb edilib.

Hadisə yerində məlum olub ki, 2012-ci il təvəllüdlü Əliyev Elvin Emin oğlunun sol əlinin barmaqları ət maşınında sıxılaraq qalıb. Xilasedicilər hadisə yerinə olan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarının nəzarəti altında ət maşınının hissələrini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alətlər (kəsici laqunda aləti) vasitəsilə kəsərək hissələrə ayırıb. Sıxılmış vəziyyətdə olan uşağın sol əlinin barmaqlarını ət maşınından çıxararaq onu hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa