!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2020-ci ilin büdcə zərfi: Pul da çoxdur, xərc də...

!Reklam – Yazi

Məlum olduğu kimi, 2020-ci il üçün Azərbaycanın dövlət büdcəsinin və icmal büdcənin layihələri Milli Məclisə təqdim edilib.

Gələn il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri 26 milyard 913,7 milyon manat olaccaq. Növbəti ildə orta illik inflyasiyanın 4,6 faiz, manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,70 manat və dünya bazarlarında xam neftin bir barelinin orta satış qiymətinin 55 ABŞ dolları məbləğində təşkil edəcəyi nəzərdə tutulub.

Artıq akademik çevrələrdə büdcə layihəsi ilə bağlı ilkin müzakirlər başlayıb ki, bu da pozitiv tendensiyadır – büdcə müzakirlərində dövlət qurumları və parlamentdən başqa vətəndaş cəmiyyəti institutlarının da iştirakı vacibdir və mütləqdir. Ancaq bir şərtlə ki, müzakirələr peşəkar konteksdə aparılsın və yanaşmalar da ciddi arqumentlərə söykənsin. Təəssüf ki, bəzi iradlar peşəkarlıq konteksindən kənarlaşaraq siyasi konyuktura predmetinə çevrilir.

Məsələn, deyirlər ki, Azərbaycanda büdcə danışıqları aparılmır. Axı “büdcə danışıqları” QHT-lərin təşkil etdiyi dəyirmi masalar deyil ki, hamıya açıq olsun və ya kimlərsə bu müzakirələrə okeanın o tayından “canlı yayımla” qoşulsun. Bu müzakirələr dövlət qurumları arasında konfedensial şəkildə aparılır, açıq müzakirələr isə parlamentdə. Bu, təkcə Azərbaycanda yox, bütün dünyada belədir və ”Büdcə sistemi haqqında” qanuna tam uyğundur. Hər il parlament müzakirələrindən sonra büdcə layihəsinə əlavə və dəyişikliklər edilir. Və parlament qanunvericiliyə adekvat olaraq büdcə prosesində iştirak edir.

İradlardan biri budur ki, yeni qəbul olunan maliyyə qaydası neft gəlirlərinin xərclənməsinə məhdudiyyət qoymur. Birincisi, Azərbaycan neft ölkəsi olaraq qalır. Yəni ölkəyə daxil olan neft gəlirlərinin bir hissəsinin xərclənməsi tam normaldır. İkincisi, axı məhdudiyyət də var – gələn il ilin büdcə gəlirlərində qeyri-neft sektorunun payının 12 faiz artımı gözlənilir. Dövlət Neft Fondundan büdcəyə transfertlər isə 14,3 milyon manat azaldılır. Yəni neft dollarlarından asılılığın azaldılması kursu götürülüb. Təbii ki, neft dollarlarından asılılıq ani olaraq aradan qaldırıla biməz. Və bunun üçün zaman lazımdır.

Büdcədə neftin qiymətinə gəlincə, bu, biz iqtisadçıların sevimli mövzusudur. Məlumdur ki, başa çatmaqda olan 2019-cu ildə neftin qiyməti 60 dollardan hesablanıb və il ərzində qiymətlər oynasa da, problem yaranmadı. Çünki Maliyyə Nazirliyinin təklifi ilə 2018-ci ildə «Büdcə sistemi haqqında» qanuna dəyişiklik edildi. Dəyişikliyə əsasən, 2019-cu büdcə ilindən başlayaraq xərclərin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni büdcə qaydası tətbiq edilir və bu qaydanın tətbiqi dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən asılılığının azaldılmasına hesablanıb. Nəzərə alsaq ki, 2020-ci ilin büdcə layihəsində neftin qiyməti daha konservativ hesablnıb, onda narahatçılığa ümumiyyətlə əsas yoxdur.

“Büdcənin neft gəlirlərindən asılılığı artır” və ya “Büdcədən neft qoxusu gəlir” arqumentləri də peşəkar kiriteriyalara yox, siyasi konyukturaya hesablanıb. Çünki neft gəlirlərindən imtina siyasəti yoxdur – çünki neft dollarları ölkəyə axır. Sadəcə yaxın prespektivdə neft gəlirlərinin bir qismindən faydalanmaqla qeyri-neft sektorunu canlandırmaq kursu seçilib ki, bu da tam normaldır. Qeyri-neft sektorununun inkişafının hansı tempdə getməsi isə ayrıca müzakirə mövzusudur.

Növbəti ildə cərimə və sanksiyalardan daxilolmaların artacağı ilə bağlı tənqidlər də ciddi sayıla bilməz. 2020-ci ilin büdcəsində büdcə təşkilatlarının ödənişli xidmətlərindən 839,5 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 212,9 milyon manat və ya 34 faiz çoxdur. Kölgə iqtisadiyyatına mübarizə bu artımları labüd edir. Çünkiiri biznesin vergiyə cəb olunmasında ciddi problemlər var və fikrimcə sanksiyalar, cərimələr qaçılmazdır.

Cari xərclərin kəskin artımı da 2020-ci ilin büdcə müzakirələrində önə çıxan başlıqlardandır. Cari xərclərin artımı maaş, pensiya və müavinətlərin ciddi artımı ilə bağlıdır və bu da normaldır. Gələn ilin büdcəsində sosial xərclər 40 faizi ötəcək. Bu artımların maliyyləşməsinin bir qismi neft gəlirlərinin payına düşməsi də anlaşılandır. İndiki halda əmək haqqı, pensiya və müavinətlər təkcə qeyri-neft sektorunun hesabına artırıla bilməz bu barədə bir neçə ildən sonra danışmaq olar.

Gələn ilin büdcəsinin inflyasiya yaradacağı ilə bağlı bəzi iqtisadçı həmkarlarımın ehtimallarını bölüşmürəm. Doğrudur, xərclərin artım tempi inflyasiya riski yaradır. Hökumətin orta illik inflyasiya proqnozunu cari ildəki 3.2 faizdən, növbəti ildə 4,6 faizədək artırması da buna dəlalət edir. Hesab edirəm ki, bu, 2019-cu ildə həyata keçirilən əmək haqlarının, pensiya və müavinətlərin artımı fonunda yüksək infilyasiya sayıla bilməz.

“Növbəti ilin büdcə xərclərinin 46,5 faizinin qapalı olması, nə iqtisadi, nə də funksional təsnifatın parlament müzakirəsinə çıxarılmaması, büdcə vəsaitlərinin qeyri-şəffaf və hesabatsız istifadəsi korrupsiya risklərini artırır” tezisi də tənqidə dözmür. Maliyyə Nazirliyi bu il ilk dəfə olaraq büdcə layihəsilə bağlı xeyli təfsilatlı məlumatlar açıqlayıb. Xüsusilə o halda ki, xərclərin iqtisadi təsnifatı bu günə qədər tam qapalı saxlanırdı, artıq ictimaiyyət üçün əlçatandır. Güman ki, yaxınlarda investisiya xərcləri də açıqlanacaq. Qaldı ki, müdafiə və təhlükəsizlik xərclərinin açıqlanmasına, dünyada belə bir təcrübə mövcud deyil.

Qadir İbrahimli
Qadir İbrahimli

Növbəti ildə büdcə kəsiri ÜDM-in 3,3 faizi həcmində proqnozlaşdırılır. İddialara görə, bu Avropa məkanında olan ölkələr üçün Mastrix sazişi ilə nəzərdə tutulan 3 faizlik böhran həddinin aşılması deməkdir. Gələn il üçün büdcə kəsiri ötən ilə nisbətən 12,5 dəfə çox olacaq.

Büdcə kəsirinin fəlakətli həddə olması kəsirin ÜDM istehsalına nisbəti ilə ölçülür. Dünya ölkələrinin təcrübəsi göstərir ki, büdcə kəsiri ölkənin ümumi milli məhsulunun 4 faizindən çox olduqda iqtisadiyyata daha güclü mənfi təsir göstərir.

Eyni zamanda, əsas kəsirin hansı mənbələrdən maliyyələşdirilməsi məsələsidir. Əgər kəsir borc əsasında maliyyələşdirilirsə bu, böhrana səbəb ola bilər. Azərbaycanda isə kəsirin əsas hissəsi hökumətin sərəncamında olan vəsaitlər hesabına maliyyələşdirilir. Bu nöqteyi nəzərdən tam əminliklə qeyd etmək olar ki, büdcə kəsiri ilə bağlı heç bir narahatlığa əsas yoxdur.

Təbii ki, ideal büdcə layihəsi yoxdur. Ancaq büdcə layihəsinin ölkənin real maliyyə imkanlarına və iqtisadi reallıqlara adekvat hazırlanması ümumilikdə müsabət addımdır. Ancaq təbii ki, bücə layihəsi parlamentdə müzakirəyə çıxarılacaq, xeyli əlavə və dəyişiliklər ediləcək, bu da normaldır. Çünki ən optimal qərarlar açıq müzakirlərdən sonra verilir. Əsas odur ki, koneptual yanaşmalar rasional olsun, detalları dəyişmək problem deyil. Bu artıq parlamentin səlahiyyətində olan məsələdir, büdcə tərtibi və ilkin bölgü isə tam normaldır. /azadinform.az/

www.yenicag.az

1124
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv