ABŞ-da vətəndaşlıqdan çıxarma genişlənir: Bu şəxslərin də vətəndaşlığı ləğv olunacaq

media-hightechnic-468x90

ABŞ hökuməti, yalan bəyanatlarla vətəndaşlıq alan şəxslərə qarşı sərt tədbirlər görməyə başlayıb. Ədliyyə Nazirliyi, uzun illər sadəcə keçmiş nasist əməkdaşlarını hədəf alan vətəndaşlıqdan çıxarma qanununu indi daha geniş şəkildə tətbiq etmək niyyətindədir.

Yenicag.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi, vətəndaşlığı saxta yollarla əldə edən, zorakı cinayətlər törətmiş, mafiya və narkokartellərlə əlaqəli olan və dələduzluq etmiş şəxslərə qarşı da bu qanunu tətbiq etməyə başlayacaq. Nazirlik vəkillərinə bu cür hallara öncəliyin verilməsi tapşırılıb.

CNN-ə danışan hazırkı və keçmiş hökumət rəsmiləri, yeni göstərişin sərhədlərinin qeyri-müəyyən olduğunu, bəzi hallarda əsassız iddialarla vətəndaşlıqdan çıxarma prosedurlarının başlana biləcəyindən narahat olduqlarını bildiriblər.

Mübahisəli qanun ilk dəfə 1950-ci illərdə kommunistlərə və sonradan isə hərbi cinayətkarlara qarşı istifadə olunmaq üçün qəbul edilib. 1979-cu ildən bu yana Ədliyyə Nazirliyi yüzlərlə keçmiş nasistə qarşı bu qanundan istifadə edərək onlarla şəxsin vətəndaşlığını ləğv edib və ya onları ölkədən çıxarıb.

Obama dövründə “Yanus Əməliyyatı” çərçivəsində vətəndaşlıqdan çıxarma əməliyyatları genişləndirildi. Tramp hakimiyyəti bu prosesi daha da intensivləşdirərək 2020-ci ildə Ədliyyə Nazirliyində xüsusi bir ofis qurdu. Bayden administrasiyası bu ofisi 2021-ci ildə ləğv etsə də, Trampın yenidən prezidentliyə qayıdışı ilə bu təşəbbüslər yenidən canlandırılıb.

Hüquq professorları bu siyasətin demokratik prinsiplərə zidd olduğunu vurğulayıb. Case Western Reserve Universitetindən professor Kassandra Burke Robertson bildirib ki, vətəndaşlıq hüquqlarının siyasiləşdirilməsi ciddi narahatlıq doğurur. Hofstra Universitetindən Irina Manta isə bu yanaşmanın ifadə azadlığına mənfi təsir göstərə biləcəyini qeyd edib.

CNN-in məlumatına görə, Tramp administrasiyası federal qurumları deportasiya proseslərinə daha fəal cəlb etməyə çalışır. Xarici tələbə vizaları da daxil olmaqla, hətta ABŞ-da doğulan şəxslər belə “pis adamlar” kimi təqdim edilərək vətəndaşlıqdan məhrum edilmə riski ilə üz-üzə qalırlar.

Son olaraq, Respublikaçı Konqres üzvü Andy Ogles, baş prokuror Pam Bondidən, Uganda doğumlu və 2018-ci ildə ABŞ vətəndaşı olmuş Nyu York meri vəzifəsinə namizəd Zohra Mamdaninin bir rep mahnısında Həmas-la əlaqəli şəxsləri “təriflədiyi” üçün vətəndaşlıqdan çıxarılıb-çıxarıla bilməyəcəyinin araşdırılmasını tələb edib.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600