!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2025-ci ildə Azərbaycanda neçə nəfər öləcək? - PROQNOZ

!Reklam – Yazi

2025-ci ilin mümkün ölüm statistikası açıqlanıb.

Yenicag.az bu barədə “Renking”ə istinadən xəbər verir.

Bildirilib ki, 2024-cü ildə dünyada 62,4 milyon nəfər ölüb ki, bu da 2023-cü illə müqayisədə 1,2 faiz çoxdur.

Həmin artım faizini 2025-ci ilə tətbiq etdikdə isə bu il öləcək şəxlsərin sayının 63,1 milyon nəfər olacağı ortaya çıxıb.

Statistikanı MDB ölkələrinə tətbiq etdikdə bəlli olub ki, ən çox ölüm Rusiyada qeydə alınacaq: 1,9 milyon nəfər. Bu rəqəmin Azərbaycanda 70,1 min nəfər olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, rəsmi məlumata əsasən, ötən il ölkədə 58 909 ölüm halı qeydə alınıb və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşüb.

www.yenicag.az

165
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv