DİM, EDDE Global və Pearson azərbaycanlı ingilis dili müəllimləri üçün yeni təlim proqramı keçirdi - VİDEO

media-hightechnic-468x90

Azərbaycanda xaricdə təhsil və beynəlxalq dil sertifikatları sahəsində növbəti mühüm və maarifləndirici layihəyə imza atılıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, ölkədə təhsilin inkişafına və beynəlxalq inteqrasiyaya hər zaman böyük töhfələr verən, eyni zamanda Azərbaycanda ilk akkreditasiyalı PTE hazırlıq mərkəzi olan “EDDE Global” şirkətinin təşkilatçılığı ilə ingilis dili müəllimləri üçün “PTE Teacher Training” (Müəllim təlimi) proqramı baş tutub. Tədbirə ev sahibliyini isə elə PTE-nin rəsmi imtahan mərkəzi olan Dövlət İmtahan Mərkəzi (DİM) edib və layihə DİM-in Elektron İmtahan Korpusunda reallaşıb.

media-img_9561

Tədbiri giriş sözü ilə açan Pearson imtahan koordinatoru Elnarə Tağıyeva qonaqları salamlayaraq, bu cür təlimlərin Azərbaycandakı ingilis dili müəllimlərinə tələbələri beynəlxalq imtahanlara daha effektiv hazırlamaq baxımından mühüm imkanlar yaratdığını vurğulayıb.

Dünyanın ən etibarlı və nüfuzlu imtahan mərkəzlərindən biri olan PTE (Pearson Test of English) ilə Azərbaycanın ingilis dili müəllimləri arasında körpü rolunu oynayan bu tədbir, yerli pedaqoqların peşəkar bacarıqlarının beynəlxalq standartlara uyğunlaşdırılması və maarifləndirmə işlərinin genişləndirilməsi məqsədini daşıyır.

“EDDE Global” şirkətinin direktoru Miryusif Cavadzadə layihənin önəmini və rəhbərlik etdiyi qurumun maarifçilik missiyasını bu sözlərlə ifadə edib:

media-img_9638

 “EDDE Global” olaraq artıq uzun müddətdir ki, hər ay mütəmadi tədbirlər təşkil etməyə davam edirik. Bu maarifçi layihələrimiz çərçivəsində dünyanın aparıcı universitetlərini, mühüm təhsil qurumlarını Azərbaycana dəvət edirik. Bu gün isə burada qonağımız dünyanın ən etibarlı imtahan mərkəzlərindən biri olan PTE-dir.
Biz bu gün PTE ilə Azərbaycanın ingilis dili müəllimləri arasında bir növ körpü rolunu oynayırıq. Dünyada 5 minə yaxın qurum və universitet tərəfindən qəbul olunan, ən etibarlı imtahanlardan biri sayılan PTE imtahanlarına tələbələrin necə daha yaxşı hazırlaşdırılması ilə bağlı müəllimlərimiz xüsusi “teacher training” (müəllim treyninqi) alırlar. Bu təlimdən sonra Azərbaycandakı ingilis dili müəllimləri tələbələrini bu imtahana daha peşəkar səviyyədə hazırlaya biləcək və öz dəyərlərinə dəyər qatacaqlar”.

Pearson PTE-nin Türkiyə, Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə işin inkişafı koordinatoru Fatih Özerben tədbirin praktiki nəticələrini və PTE imtahanının qlobal populyarlığını diqqətə çatdırıb:

media-img_9639

 “Bu gün Azərbaycanda çox gözəl bir tədbir reallaşdırdıq. Ölkə üzrə xüsusi seçilmiş 70 ingilis dili müəlliminə rəsmi PTE müəllim təlimi keçdik. Bu təlim sayəsində, başda Bakı olmaqla, Azərbaycanın bütün bölgələrindəki tələbələrimizə müəllimləri tərəfindən tam keyfiyyətli və akkreditasiyası olan PTE kursları verilə biləcək.
PTE Academic imtahanı xüsusilə xaricdə təhsil müraciətlərində – İngiltərə, Almaniya, İtaliya və xüsusən də azərbaycanlı gənclərin çox müraciət etdiyi Türkiyə universitetlərinə qəbulda tam tanınan və sürətlə populyarlaşan bir imtahandır. Azərbaycanda bu imtahana çox ciddi tələb formalaşdığı üçün biz bu təşkilatçılığı etməyə qərar verdik. Artıq Azərbaycanda tələbələri bu imtahana yüksək səviyyədə hazırlaya biləcək 70 sertifikatlı müəllimimiz var”.

EMEA (Avropa, Orta Şərq və Afrika) bölgəsi üzrə PTE-nin Baş Master Təlimçisi (PTE Master Trainer) Steve O’Farrell təlimin texniki üstünlüklərinə toxunub:

media-img_9572

 “Biz ilk dəfə olaraq Azərbaycanda PTE-nin rəsmi “Foundation Training” (Baza Təlimi) proqramını üz-üzə (face-to-face) formatda keçirmək üçün buradayıq. Bizim əsas məqsədimiz pedaqoqlara dəstək olmaq, onları elə təlimatlandırmaqdır ki, öz növbələrində tələbələrinə PTE imtahanında istədikləri yüksək nəticəni əldə etməyə kömək edə bilsinlər.
Bunun üçün biz ilk növbədə müəllimlərin test strukturunu və imtahandakı bütün sual tiplərini dərindən anlamasını təmin edirik. Onlara xüsusi məsləhətlər, ipucuları verir, imtahanın və qiymətləndirmə sisteminin (scoring) necə işlədiyini izah edirik. Bütün sual tipləri üzərində işləyərək, müəllimlərimizin öz tələbələri üçün ən yaxşı bələdçi olmasına şərait yaradırıq”.

Rəsmi hissədən sonra tədbir tərəfdaşlar və iştirakçılar arasında işgüzar müzakirələr və kofe-breyk (coffee break) formatında davam edib. Təlim proqramını uğurla başa vuran bütün iştirakçı müəllimlər beynəlxalq statuslu rəsmi sertifikatlarla təmin olunublar.

Qeyd edək ki, “EDDE Global” şirkəti gələcəkdə də beynəlxalq təhsil imkanlarını və qlobal standartları əhatə edən bu cür maarifləndirici layihələrlə tələbə, müəllim və valideynləri dəstəkləməyə davam edəcək.


Yenicag.az 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05