25 yaşlı gənci qətlə yetirən şəxs saxlanıldı

Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərimovu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxs Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Höccət Soltanovdur.

Faktla bağlı araşdırma aparılır.