3 il həyat yoldaşını hamam otağında saxladı-Video

media-hightechnic-468x90

publika.az1410347844muzh-na-tri-goda-zaper-zhenu-v-tualete-za-to-chto-ona-rodila-doch_46112_0Hindistanda yaşayan 25 yaşlı qadın övladını görməkdən məhrum edilərək 3 il müddətində hamam otağında bağlı saxlanılıb.

Qız uşağı doğduğu üçün ər arvadına bu cür cəza verib.

Qadını azad etdikdə o, heç gözlərini də aça bilməyib. 3 il müddətində günəş işığından məhrum olan qadının gözləri ağrıyıb. Dustaq qadının geyimi cırıq-cırıq imiş. Ən pisi isə odur ki, qadının qızı onu tanımayıb. Qızın atası polisə şikayət etdikdən sonra ailə məsələsinə hüquq mühafizə orqanları qarışmalı olub.

Yerli hüquq mühafizə orqanlarının apardığı tədqiqatlardan sonra məlum olub ki, qadın toy günündən zorakılığa məruz qalıb. Onun toyu 2010-cu ildə baş tutub . Qəddar ər arvadının az cehiz gətirməsindən qəzəblənib. Arvadı qız uşağı doğduqda isə onu bağlı qapı arxasında saxlayıb. Qadının dediyinə görə, kişi onu hamam otağında 3 il saxlayıb.

Qadın öz uşağı ilə görüşə də bilməyib. O, ərinin gətirdiyi yemək qalıqları ilə qidalanıb. Bəzən kişi yemək qalıqlarını gətirməyi də unudub.

1981-ci il Hindistan qanunlarına görə qadın cehiz gətirməyə də bilər, lakin bəzi kəndlərdə bu ənənə hələ də qalmaqdadır. Gələcəkdə cehizlə bağlı problem yaşamamaq üçün Hindistanda daha çox oğlan uşağı arzu edilir.

Dustaq qadının əri həbs edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600