!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

3 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri - Video

!Reklam – Yazi

Xaçmaz-Quba yolunun Xaçmazın Alıc kəndi ərazisindən keçən hissəsində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az ARB TV-yə istinadən xəbər verir ki, “VAZ 2106” markalı avtomaşınla “KamAZ” markalı avtomaşın toqquşub.

Nəticədə 2 nəfər Quba rayonu Nügədi kənd sakinləri 46 yaşlı Zülfüqar Şahbazov və 24 yaşlı Rəşid Qasımov hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Qubanın Nügədi kənd sakinləri – 45 yaşlı Elçin Əliyev, 23 yaşlı Cavid Zülfüqarov və 53 yaşlı Iftixar Hacıyev Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, “VAZ 2106”-nın sürücüsü, Elçin Əliyev həyatını xilas etmək mümkün olmayıb. O dünyasını dəyişib. Digər iki nəfərin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

3697
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv