!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq rəis müavini qəzada öldü

!Reklam – Yazi

Oktyabrın 14-də saat 20:30 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində baş vermiş ağır qəzada vəfat edənlərdən biri yüksək vəzifədə çalışıbmış.

Yenicag.az xəbər verir ki, zəncirvari qəzada iştirak edən “Toyota Prius”dakı sərnişin 1971-ci il təvəllüdlü Cavanşir Muxamed oğlu Saidov Dövlət Vergi Xidmətinin Sosial Sığorta işləri üzrə rəis müavini vəzifəsində işləyib. O, bir müddət əvvəl vəzifədən azad edilib.

Qeyd edək ki, hadisə zamanı “Mercedes C-240”, “Lada Priora”, “Vaz 2114” və “Toyota Prius” toqquşub. Nəticədə “Prius”da sərnişin olan C.Sadiovla yanaşı, sürücü Arzu Nəqiyev, eləcə də “Mercedes”i idarə edən Teymur Məmmədtağıyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

“Toyota Prius”da olan digər sərnişin Könül Muradova isə kəllə-beyin silkələnməsi xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib./Qafqazinfo.az

COP29

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv