30 yaşlı kişi özünü asdı – Qardaşının evində

asdi61Quba rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Nərimanovka kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü İlham Məmmədrahim oğlu Məmmədov qardaşının yeni tikilməkdə olan evin ikinci mərtəbəsində özünü asaraq intihar edib.

Yaxınlarının dediyinə görə, yoxa çıxan Rahimin axtarışına başlayıblar və onu qardaşının evində asılı vəziyyətdə tapıblar.

Faktla bağlı Quba Rayon Prokurorluğu araşdırma aparır.(report)