Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı müzakirə olundu

media-hightechnic-468x90

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və Astana şəhər administrasiyasının rəhbəri (akimi) Jenis Kasımbek hər iki dövlətin paytaxtları arasında əməkdaşlığın inkişafını müzakirə ediblər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Qazaxıstandakı səfirliyinin “X”dəki hesabında yayılıb.

“Görüş zamanı paytaxtlar arasında əməkdaşlığın genişləndirilməsinin və mədəni-humanitar əlaqələrin inkişafının vacibliyi qeyd olunub, gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb”, – məlumatda deyilir.

Bundan başqa, tərəflər gələcək qarşılıqlı fəaliyyətin perspektivlərini, habelə Azərbaycan və Qazaxıstanda keçirilməsi planlaşdırılan beynəlxalq tədbirlərdə iştirakla bağlı məsələləri müzakirə ediblər.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05