ABŞ Hind okeanında “kölgə donanması”na məxsus tankeri ələ keçirdi
ABŞ hərbçiləri Hind okeanında xam neft daşıyan sanksiya altındakı tankeri ələ keçirib.
Yenicag.az xəbər verir ki, bu barədə Pentaqonun “X” hesabında bildirilib.
Pentaqonun məlumatına görə, gəmi ABŞ-ın sanksiya rejimini pozaraq fəaliyyət göstərib.
Açıqlamada deyilir ki, ABŞ hərbçiləri “Aquila II” gəmisini ələ keçirib. Bu əməliyyat ABŞ Hərbi Dəniz Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının məsuliyyət zonasında aparılıb./Apa/












